Tədbiri giriş nitqi ilə açan mərkəzin direktoru,
professor Zəkəriyyə Əlizadə yeni təşkil olunacaq şuranın gənc alimlərin
inkişafında oynayacağı roldan, respublika və AMEA rəhbərliyi tərəfindən
gənclərə göstərilən diqqət və qayğıdan danışdı.
Tədbirdə çıxış edən ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya
üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov, elmi katib, tarix üzrə fəlsəfə
doktoru Ramin Sadıqov, pedaqoji elmlər doktoru, professor Firədun
İbrahimov və başqaları gənclərin elmə həvəsləndirilməsi, onların sosial
və digər poroblemlərinin həlli üçün əlverişli şərait yaradılmasının
önəmliyini vurğuladılar, şuranın gənclərin daha səmərəli fəaliyyət
göstərməsinə geniş imkanlar yaradacağını bildirdilər.
Sonra iclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq
Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər
səsvermə yolu ilə üzv seçildi.
Tərkibi 17 nəfərdən ibarət
olmaqla kiçik elmi işçi Rahim Həsənov Şuranın sədri, elmi işçi Vüqar
Nəsrullayev və kiçik elmi işçi Aqil Mustafayev sədr müavinləri, Sevinc
Hüseynova isə katib seçildilər. |
Məqalələr >