2017-ci il avqust ayının 26-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Şəki şəhərində - Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonları üzrə vətəndaşların qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı Şəki şəhər-Rayon Polis Şöbəsinə müraciət etməklə qəbula yazıla bilərlər. Qəbulla əlaqədar qeydiyyatdan keçmə müddəti 15 avqust tarixinədəkdir. Qəbula yazılmaq üçün müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Şəki şəhər-Rayon Polis Şöbəsi |
Xəbərlər >