9 Kas 2015 02:35 tarihinde Murad Nabibekov tarafından yayınlandı
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin və 11 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 9 Noyabr - Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilmişdir.
Elxan ABDULLAYEV, Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini
Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayevin Facebooksəhifəsində yazdığı məlumata görə, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə gül-çiçək dəstələri qoymuş, onun mərkəzdəki həyat və fəaliyyətini əks etdirən zəngin stendlərlə tanış olmuşlar. Sonra şagirdlərin ifasında "Bir kərə yüksələn bayraq bir daha enməz" başlıqlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Məktəb rəhbərliyi və təhsil şöbəsinin nümayəndələri çıxış edərək şagirdləri bayram münasibətilə təbrik etmiş, onlara doğma bayrağımızı daim yüksəklərdə tutmağı və təhsildə daha böyük uğurlara imza atmağı arzulamışlar. |
|