Şəkidə intihar hadisəsi baş verib. Şəki şəhər-rayon Polis Şöbəsindən verilən məlumata görə, intihar bu gün səhər saatlarında Şəki şəhəri, Pişnamazadə küçəsi, ev-40-a baş verib. 1988-ci il təvəllüdlü, Şəki şəhər sakini Sadıqov Sərxan Məhəmməd oğlu özünü yaşadığı evin həyətyanı sahəsindəki alma ağacından asaraq intihar edib. Şəki ŞRPŞ-dən bildirilib ki, Sərxan Sadıqov Şəki əsəb xəstəlikləri dispanserində qeydiyyatda olub, əsəb xəstəliyindən əziyyət çəkib. Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (üzünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. Mənbə: http://www.kanals.az |
Xəbərlər >